Sankt-Peterburqda iki sakin saxta spirtdən zəhərlənərək ölüb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 15-də "İzvestiya"ya mənbə bildirib.
Hadisə 3 nəfərin yaşadığı mənzildə baş verib. Onlardan biri iki həftəlik növbədən sonra evə qayıdanda qonşularının müxtəlif otaqlardakı çarpayılarda yatan cəsədlərini aşkarlayıb. Onların yanından beş litrlik kanistr və içərisində naməlum, markası olmayan maye olan yarım litrlik butulka aşkar edilib.
“İzvestiya”nın mənbəsinin bildirdiyinə görə, ölən qadının əvvəllər basqın və sağlamlığa ağır xəsarət yetirmə ittihamı ilə iki dəfə məhkumluğu olub, zəhərlənmə nəticəsində ölən kişinin isə heç bir cinayəti olmayıb.
QAZİLER.AZ