Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib

Kobaxidze ATƏT sədri ilə görüşünü ləğv edib backend

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılmış görüşü ləğv edib.

Apa-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətindən bildirilib.

Vurğulanıb ki, buna səbəb E.Valtonenin ötən gün Tbilisidə keçirilmiş qanunsuz mitinqdə iştirak etməsi və yalan bəyanatlar verməsidir.

Qeyd edək ki, E.Valtonen Tbilisidə Gürcüstan parlamentinin binası önündə keçirilən aksiyanın dinc olduğunu qeyd edib və aksiyaçılara dəstəyini bildirib. Onun sözlərinə görə, etirazçılar Gürcüstanın irəlilədiyi istiqamətdən narahatdırlar və insanlar əsas azadlıqlardan məhrum edilirlər.