Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya vətəndaşlarına respublikada yerli seçkilərdə iştirak etmək hüququ verən protokolun ratifikasiyası haqqında qanunu imzalayıb.
Qaziler.az bildirir ki, bu barədə BelTA xəbər verir.
Sənəd 2025-ci il martın 13-də Moskvada imzalanıb və vətəndaşların bərabər hüquqları haqqında ikitərəfli müqaviləyə düzəlişlər edir.
Protokola əsasən, Belarusda daimi yaşayan Rusiya vətəndaşları yerli hakimiyyət orqanlarına səs vermək və seçilmək hüququ qazanacaqlar.
Oxşar hüquqlar Rusiyada daimi yaşayan Belarus vətəndaşlarına da verilib və hər iki ölkənin vətəndaşları üçün seçki hüquqlarının həyata keçirilməsi üçün simmetrik şərait yaradılıb.
QAZİLER.AZ