Latviya ukraynalı qaçqınlara maliyyə dəstəyini azaldacaq

Latviya ukraynalı qaçqınlara maliyyə dəstəyini azaldacaq backend

Latviya hökuməti Ukraynanın mülki əhalisinə dəstək haqqında qanuna müəyyən dəstək tədbirlərindən, xüsusən işə başlamaq və özünüməşğulluğa köməklikdən imtinanı nəzərdə tutan düzəlişləri təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə “Delfi”yə istinadən RBC-Ukrayna məlumat yayıb.

Latviya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu il Ukrayna vətəndaşlarının axını nisbətən sabit qalıb və hər ay orta hesabla 500-600 nəfər Latviyada müvəqqəti mühafizə statusu almaq üçün qeydiyyatdan keçib.

Eyni zamanda, ukraynalıların axını müharibənin ilk illərindən xeyli azdır.

QAZİLER.AZ