Türkiyənin Konya bölgəsinin Kadınhanı rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 18 nəfər xəsarət alıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Polatlı yolunda, Yaylayaka məhəlləsində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusla sürücüsü hələlik məlum olmayan minik avtomobili toqquşub.
Ətrafdakıların xəbərdar etməsindən sonra hadisə yerinə sağlamlıq və jandarma qrupları gəlib.
Qəzada yaralanan avtomobildə olan 4 nəfər və mikroavtobusda olan 14 nəfər təcili yardım maşını ilə Kadınhanı Saime Koyuncu Dövlət Xəstəxanasına çatdırılıb.
Ağır yaralanan 3 nəfərə orada tibbi yardım göstərildikdən sonra Konyaya aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
QAZİLER.AZ