Odessada hərbi-mülki administrasiya yaradılacaq. Bu, şəhərin müdafiəsini və dəstəyini gücləndirmək üçün lazımdır.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.
Dövlət başçısı bildirib ki, bu gün cəbhəyanı icmalarda və Ukraynanın cənubunda, o cümlədən Odessada vəziyyətlə bağlı danışıqlar olub.
"Odessa daha çox müdafiə və dəstəyə layiqdir. Buna hərbi administrasiya vasitəsilə nail olmaq olar .
Odessada həddən artıq çox təhlükəsizlik məsələlərlə bağlı suallar çox uzun müddət cavabsız qalıb. Bütün effektiv qərarlar veriləcək", - Zelenski əlavə edib.
Onun sözlərinə görə, Odessa hərbi administrasiyasının rəhbəri yaxın vaxtlarda təyin olunacaq.
QAZİLER.AZ