Odessada hərbi administrasiya yaradılacaq, ona Lısak başçılıq edəcək - Mənbələr

Odessada hərbi administrasiya yaradılacaq, ona Lısak başçılıq edəcək - Mənbələr backend

Ukraynanın Odessa şəhərində hərbi-mülki administrasiya yaradılacaq. Qərar mer Gennadi Truxanovun Ukrayna vətəndaşlığından çıxarılmasından sonra qəbul edilib.

Qaziler.az bildirir ki, bu barədə məlumatlı mənbələrə istinadən RBK-Ukrayna məlumat yayıb.

Nəşrin mənbələrinə görə, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak hərbi idarənin rəhbəri olacaq.

“RBK-Ukrayna”ya məlum olub ki, Nazirlər Kabineti artıq növbədənkənar iclasında Lısakın Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında prezidentin fərmanını təsdiqləyib.

QAZİLER.AZ