Dağıstanda hərbi yük maşını aşdı: Ölənlər var

Dağıstanda hərbi yük maşını aşdı: Ölənlər var backend

Dağıstanda hərbi yük maşınının aşması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Qaziler.az izvestiya-ya istinadən bildirir ki, bu barədə oktyabrın 14-də respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Dağıstanın Untsukulski rayonunda “Ural” hərbi yük maşınının iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb”, – Telegram kanalı yazır.

Əlavə ediblər ki, qəza nəticəsində sürücü və sərnişinlərdən biri hadisə yerində ölüb, daha 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

QAZİLER.AZ