Tokayev konstitusiyaya dəyişikliklərlə bağlı açıqlama yaydı

Tokayev konstitusiyaya dəyişikliklərlə bağlı açıqlama yaydı backend

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə Konstitusiyasının 40 maddəsinə düzəlişlər edilməsini açıqlayıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Dəyişikliklər Əsas qanunun təxminən 40 maddəsini əhatə edəcək. Bundan sonra ən azı 10 konstitusiya qanununun, 50-dən çox məcəllə və qanunun uyğunlaşdırılması zəruri olacaq. Bu proses mahiyyətcə yeni Konstitusiyanın qəbulu ilə müqayisə edilə bilər", - Tokayev bildirib.

Tokayev bundan əvvəl parlamentdə islahatların aparılmasını, onun birpalatalı olmasını təklif etmişdi. O hesab edir ki, bu məsələ konstitusiyaya dəyişikliklərlə bağlı referendum yolu ilə həll olunmalıdır. Onun sözlərinə görə, bu referendum 2027-ci ildə baş tuta bilər.

QAZİLER.AZ