Həmzəbəyli Gömrük Mühafizə, Qaçaqmalçılıq və Kəşfiyyat Müdirliyi və Ədirnə Jandarma Komandirliyi qrupları tərəfindən keçirilən əməliyyatda 105,2 kiloqram narkotik maddə ələ keçirilib, 4 şübhəli həbs edilib.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Türkiyənin Ticarət Nazirliyindən verilən məlumata görə, Türkiyəyə daxil olmaq üçün Həmzəbəyli gömrük bölməsinə gələn yük maşınına baxış keçirilib.
Qoşqunun arxa hissəsində aparılan axtarış zamanı qanuni yükün üstündə və arasında qara və göy rəngli çantalar aşkar edilib. 97 ədəd şəffaf torbada 105 kiloqram (234 qram) marixuana aşkar edilib.
Əməliyyatı genişləndirən qruplar, narkotik alıcıları haqqında da araşdırma apardı. İkinci əməliyyatda yük maşını sürücüsü ilə yanaşı, narkotik alıcısı olduğu müəyyən edilən 3 şübhəli saxlanılıb. Narkotiklərin ödənilməsi üçün nəzərdə tutulan təxminən 35.000 avro da ələ keçirilib.
Bir şübhəlinin üzərində tapılan mətbuat kartı "cinayət polisinin xəbər müxbiri" təyinatı ilə diqqət çəkirdi, lakin onun saxta olduğu müəyyən edilib.
Ədirnə Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində 4 şübhəli həbs edilib.
QAZİLER.AZ
