Latviyanın latış dilini bildiyini sübut etməyən Rusiya vətəndaşlarını ölkəni tərk etməyə məcbur etmək hərəkətləri nasizmdir.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 13-də RİA Novosti-yə müsahibəsində deyib.
"Nasizm", - deyə o, Latviyanın tələblərinə münasibət bildirib.
Oktyabrın 11-də Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk dövlət dilini bilmədiyi üçün Latviyadan deportasiya edilən 800 Rusiya vətəndaşına Rusiya hakimiyyəti tərəfindən yardım göstərildiyini açıqlayıb.
QAZİLER.AZ