Ukrayna Silahlı Qüvvələri (USQ) Krıma hücumunu davam etdirib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.
Nazirliyin məlumatına görə, hücuma cəhdlər Moskva vaxtı ilə səhər saat 8:00-dan 14:00-a qədər baş verib. Bu müddət ərzində hava hücumundan müdafiə qüvvələri Krım və Belqorod vilayəti üzərində iki pilotsuz uçuş aparatını vurub.
Nazirliyin məlumatına görə, oktyabrın 12-i axşam saatlarından Krım Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb.Həmin vaxt hava hücumundan müdafiə qüvvələri yarımada üzərində 17 pilotsuz uçuş aparatı vurub.
"Daha sonra oktyabrın 13-nə keçən gecə yarımadanın üzərində 40 dron tutuldu və həmin gün səhər saatlarında Krım üzərində daha 16 pilotsuz uçuş aparatı vuruldu.
Krımın "başçı"sı Sergey Aksyonov bildirib ki, zərbə Feodosiyadakı neft anbarına dəyib və orada yanğın başlayıb.
QAZİLER.AZ