Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 10-da MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında MDB-nin baş katibi Sergey Lebedev məlumat verib.
"Dövlət Başçıları Şurasının iclası ənənəvi olaraq Birliyə sədrlik edən ölkədə keçirildiyindən Dövlət Başçıları Şurasının növbəti iclasının 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçirilməsi barədə qərar qəbul edilib", - o qeyd edib.
Bundan başqa, Tacikistan prezidenti Emomali Rahmon qeyd edib ki, Türkmənistan 2026-cı ilin yanvarında təşkilata sədrlik edəcək.
QAZİLER.AZ