Türkiyədə baş verən yanğın söndürülüb

Türkiyədə baş verən yanğın söndürülüb backend

Adanada yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, mərkəzi Çukurova rayonu, Toros məhəlləsindəki yaşayış binasında yanğın xəbəri daxil olduqdan sonra hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və polis göndərilib.

Yeddinci mərtəbədən yüksələn alovlara qruplar müdaxilə etdi.

Bu arada polislər mənzillərə baxış keçirib, sakinlərə xəbərdarlıq edib, ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Təxminən iki saat davam edən yanğın nəticəsində binaya ciddi ziyan dəyib.

QAZİLER.AZ