Rusiya qüvvələri gecə ərzində Kiyevə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Ukrayna paytaxtında yaralıların sayı 12-yə çatıb.
Qaziler.az bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko Teleqram kanalında məlumat verib.
"Düşmənin paytaxta hücumu nəticəsində 12 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalardadır. 4-nə ambulator yardım göstərilir", - Kliçko qeyd edib.
Əvvəlcə 8 nəfərin yaralandığı bildirilsə də, sonradan onların sayının 9-a çatdığı qeyd edilib.
Xatırladaq ki, Rusiya qüvvələri oktyabrın 9-da axşam saatlarında Kiyevə hücuma başlayıb. Rusiya paytaxta doğru pilotsuz uçuş aparatları buraxaraq dəfələrlə partlayışlar törədib.
Hücum nəticəsində ilk məlumat olaraq 9 nəfərin yaralandığı bildirilmişdi.
QAZİLER.AZ