Ermənistan Ukrayna uğrunda döyüşən Gürcüstan vətəndaşını Rusiyaya verməyib

Ermənistan Ukrayna uğrunda döyüşən Gürcüstan vətəndaşını Rusiyaya verməyib backend

Ermənistan Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşmüş Gürcüstan vətəndaşı Georgi Kinoyanı Rusiyaya verməkdən imtina edib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna gürcü ictimai xadimi Georgi Tumasyanın "Facebook"na istinadən məlumat verib.

Tumasyanın sözlərinə görə, Kinoyanın Rusiyaya ekstradisiyasından imtina edilib, çünki bu, onun üçün "təhlükəli ola bilər".

İctimai xadim Kinoyanın işi ilə məşğul olan hüquq müdafiəçilərinə təşəkkür edib. O, həmçinin qeyd edib ki, Rusiyanın tələbi ilə Ermənistanda saxlanılan digər gürcüstanlı Vano Sabaşvilinin də azad ediləcəyinə ümid edir.

"Exo Kafkaza"nın məlumatına görə, Georgi Kinoyan sentyabrın 3-də Gürcüstan və Ermənistan sərhədini keçdikdən sonra saxlanılıb.

QAZİLER.AZ