Rusiyanın Krasnodar diyarında yük maşınının iştirakı ilə baş verən yol qəzasında ikisi uşaq olmaqla 4 nəfər ölüb.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 9-da Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsi məlumat yayıb.
"Yerli vaxtla Saat 13:50-də Djubqa-Soçi avtomobil yolunda 32 yaşlı "Mercedes" sürücüsü hava şəraitini nəzərə almayıb və idarəetmədən çıxaraq sürüşüb. Avtomobil qarşıdan gələn zolağa çıxıb və orada "Volvo" markalı yük maşını və yarımqoşqu ilə toqquşub", - idarə öz Telegram kanalında yazıb.
Qəza nəticəsində avtomobilin sürücüsü və üç sərnişin - 30 yaşlı qadın və iki və dörd yaşlı iki uşaq təcili tibbi yardım gələnə qədər hadisə yerində ölüblər.
QAZİLER.AZ