Hətta HƏMAS danışıqlara hazır olduğunu nümayiş etdirir, Putin isə yox - Zelenski

Hətta HƏMAS danışıqlara hazır olduğunu nümayiş etdirir, Putin isə yox - Zelenski backend

Hətta HƏMAS artıq İsraillə Qəzza zolağı ilə bağlı danışıqlara hazır olduğunu nümayiş etdirir. Rusiya diktatoru Vladimir Putin hələ də Ukraynaya qarşı müharibəyə son qoymaq üçün dialoqa başlamaqdan imtina edir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin axşam müraciətinə istinadən məlumat yayıb.

Zelenski qeyd edib ki, Ukrayna uzunmüddətli strategiyasında nə qədər effektiv olsa, sülhə bir o qədər tez nail ola biləcək.

"Və Rusiyadan fərqli olaraq biz nəyə nail olmaq istədiyimizi bilirik. Şübhəsiz ki, sülh. Biz Rusiyanın etdiyi kimi müharibə naminə müharibə aparmırıq. Hətta HƏMAS da artıq danışıqlara hazır olduğunu nümayiş etdirir, lakin Putin deyil. Hələ ki", - prezident vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna öz tərəfdaşları ilə birlikdə Rusiyanı sülhə məcbur etmək üçün şərait yaradır və bu da ediləcək.

QAZİLER.AZ