İstanbulun Tuzla rayonundakı tərsanədə gəminin aşması nəticəsində bir ukraynalı fəhlə ölüb, bir neçə işçi isə yaralanıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Tuzlada tərsanədə naməlum səbəbdən gəmi aşıb.
Gəmidə olan bir ukraynalı işçi həlak olub, bir neçə nəfər isə yaralanıb.
Xəbər verildikdən sonra hadisə yerinə xilasedicilər, polis və tibb işçiləri göndərilib.
Qruplar ərazidə işlərini davam etdirir.
QAZİLER.AZ