Sırskı Dobropoliya əks-hücumunun yeni nəticələrini açıqladı

Sırskı Dobropoliya əks-hücumunun yeni nəticələrini açıqladı backend

Ukrayna müdafiəçiləri Dobropoliya istiqamətində əks-hücum əməliyyatlarını davam etdirirlər. Onlar artıq 180 kvadrat kilometrdən çox ərazini azad ediblər.

Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskinin “Telegram”na istinadən məlumat verib.

Sırski bildirib ki, işgüzar səfəri zamanı o, Dobropoliya istiqamətindəkı komanda məntəqəsində komanda heyəti ilə görüş keçirib. O, mövcud vəziyyət və tapşırıqların yerinə yetirilməsinin gedişi ilə bağlı məruzələri dinləyib.

General mühasirədəki rusiyalı diversantların və ayrı-ayrı işğalçı qruplarının axtarışı və məhv edilməsi ilə məşğul olan bölmələrin komandirləri ilə də danışıb.

"Düşmənin davamlı əks-hücumlarına baxmayaraq, Müdafiə Qüvvələrinin hücum bölmələri müəyyən ərazilərdə hücum əməliyyatlarını davam etdirir. Əməliyyat zamanı Donbas ərazisinin ümumilikdə 180,8 kvadrat kilometri azad edilib, 212,9 kvadrat kilometr ərazisi diversantlardan təmizlənib", - Ali Baş Komandan bildirib.

Sırskinin sözlərinə görə, o, Ukrayna hücum qrupunun problemli məsələlərinə və ehtiyaclarını öyrənib və əmrlər verib.

General Ukrayna müdafiəsinin fəallığını davam etdirəcəyinə söz verib.

Pokrovsk istiqamətində müdafiənin gücləndirilməsi istiqamətində də işlər aparılır. Buraya logistikanın təkmilləşdirilməsi, yolların qorunması və mühüm infrastrukturun qorunması daxildir.

QAZİLER.AZ