Rusiyalılar dəmir yoluna zərbə endirərək Sumı və Çerniqov vilayətləri ilə əlaqəni kəsməyə çalışırlar.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” “Ukrzaliznitsa” idarə heyətinin sədri Aleksandr Pertsovskinin “Facebook”dakı yazısına istinadən məlumat yayıb.
"Düşmən cəbhəyanı ərazilərlə, xüsusən də Sumı və Çerniqov vilayətləri ilə əlaqəni kəsmək üçün hücumlarını davam etdirir. Onlar ilkin marşrutları bağlamaq üçün zərbə endirir, həmçinin ehtiyat marşrutları bağlamağa çalışırlar", - Pertsovski qeyd edib.
O əlavə edib ki, Sumı, Konotop, Şostka və regionun digər şəhərlərinə gedən qatarlarda sərnişinlər avtobuslarla daşınacaq və hazırda zərərçəkmiş ərazilərdən təhlükəsiz məsafədədirlər.
QAZİLER.AZ