Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib

Paşinyan Aİ komissarı ilə "Tramp marşrutu"nun həyata keçirilməsini müzakirə edib backend

Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Brüsseldə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması nəticəsində regionda yaradılmış imkanları, eləcə də "Tramp Marşrutu"nun (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) həyata keçirilməsini müzakirə ediblər.

"Report"un yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Baş nazirinin aparatından bildirilib.

Həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının yeni gündəmini, qarşıdakı tədbirləri və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini əhatə edən bir sıra məsələləri müzakirə ediblər.