Avstraliyanın "Roskosmos"un konqresdəki nümayəndə heyətinə viza verməməsi Moskvanı qəzəbləndirib.
Qaziler.az bildirir ki, bunu oktyabrın 8-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Biz açıq-aşkar rusofobiyanın növbəti nümayişindən qəzəblənirik. Avstraliya hakimiyyəti Roskosmos Dövlət Korporasiyasının baş direktoru Dmitri Bakanovun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinə giriş vizalarını verməkdən imtina edib", - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi əlavə edib ki, Avstraliya təcrid tətbiq etmək iqtidarında deyil.
QAZİLER.AZ