Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk ilə hərbi əməliyyatların gedişi ilə bağlı görüş keçirib.
Qaziler.az bildirir ki, bu barədə Zelenskinin Telegram kanalına istinadən RBC-Ukrayna məlumat yayıb.
Onun sözlərinə görə, UTX Rusiya qoşunlarına qarşı effektiv zərbələr endirməkdə, xüsusən də düşmənin hava hücumundan müdafiə sistemlərini məhv etməkdə davam edir.
"Biz xidmətin döyüş əməliyyatlarını ətraflı müzakirə etdik. İştirakçı olan bütün əsgərlərə təşəkkür edirik", - Zelenski bildirib.
O qeyd edib ki, Ukraynanın uzaqmənzilli dron raketləri artan effektivlik nümayiş etdirir. Prezident xüsusi olaraq UTX-nin Pokrovsk istiqamətində fəal fəaliyyət göstərən “A” Xüsusi Əməliyyat Mərkəzini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, Rusiya qoşunlarına nəyin bahasına olursa olsun ukraynalı müdafiəçilərin mövqelərinə hücum etmək əmri verilib, lakin onlar hər gün xeyli itki verirlər.
"Təkcə UTX qoşunlarımız və təkcə Pokrovsk istiqamətində hər gün 100-dən çox işğalçını məhv edir. Ötən ay ümumilikdə 3028 rus əsgəri öldürülüb - onların hər biri təsdiqlənib", - dövlət başçısı vurğulayıb.
QAZİLER.AZ