17 yaşlı İsrail vətəndaşı Batumi hava limanında saxlanılıb

17 yaşlı İsrail vətəndaşı Batumi hava limanında saxlanılıb backend

Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 17 yaşlı İsrail vətəndaşı Batumi Beynəlxalq Hava Limanında külli miqdarda psixotrop maddə ilə saxlanılıb.

Səlahiyyətlilərin  bildirdiyinə görə, şübhəlinin baqajından epilepsiya xəstəliyinin müalicəsində istifadə edilən və Gürcüstanda satışı qadağan olunmuş sintetik preparat olan 1120 həb preqabalin aşkar edilib.

Şübhəli şəxs barəsində Gürcüstan Cinayət Məcəlləsinin 263-cü maddəsinin 1-ci hissəsi – psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ilə bağlı istintaq başlayıb. Bu cinayətlər 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

QAZİLER.AZ