Ankaranın Altındağ rayonunda sürücünün sürüşkən yolda idarəetməni itirməsi nəticəsində avtomobil bankomata çırpılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, qəza nəticəsində sürücü xəsarət alıb.
Qəza səhər saatlarında Altındağ rayonu Güneşevler məhəlləsində baş verib. Sürücü yağışın yaratdığı sürüşkən yolda idarəetməni itirərək yolun kənarındakı bank bankomatına çırpılıb. Qəza nəticəsində sürücü xəsarət alıb.
Ətrafdakıların xəbərdarlığından sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib. Xəsarət alan sürücüyə tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Bankomatın içərisində sıxışan avtomobil evakuasiya edilib.
QAZİLER.AZ
