Mersinin Erdemli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun aşması nəticəsində 6 nəfər xəsarət alıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Esenpınar məhəlləsi Alıca səmtində sürücüsünün kimliyi məlum olmayan kənd təsərrüfatı işçisini daşıyan mikroavtobus aşıb.
Hadisə ilə bağlı 112 təcili çağrı mərkəzinə məlumat verilib və əraziyə tibb, jandarma və yanğınsöndürmə qrupları göndərilib.
Qəzada yaralanan 6 işçi təcili yardım maşını ilə Erdemli Dövlət Xəstəxanasına aparılıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
QAZİLER.AZ