Tbilisidə oktyabrın 4-də baş vermiş hadisələrlə bağlı daha 4 nəfər saxlanılıb.
Apa-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze məlumat verib.
Onun sözlərinə görə, iş üzrə saxlanılanların ümumi sayı 22 təşkil edir, 3 nəfər isə hələ də azadlıqdadır.
Nazir müavini 3 nəfərin yerinin müəyyən edilərək saxlanılması məqsədilə əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirildiyini bildirib.