Rusiyada təcili yardım maşınının iştirakı ilə qəza baş verib.

Rusiyada təcili yardım maşınının iştirakı ilə qəza baş verib. backend

Ufada təcili yardım da daxil olmaqla 3 avtomobilin iştirakı ilə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 7-də Başqırdıstan Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti məlumat yayıb.

“İlkin məlumatlara görə, "Marşal Jukov" küçəsində “Gazelle Next” markalı təcili tibbi yardım maşını, “Volkswagen Polo” və “Lada Granta” toqquşub”, – agentliyin Teleqram kanalında bildirilir.

Qəza zamanı təcili tibbi yardım maşınının sürücüsü, tibb işçisi və xəstə xəsarət alıb. Onlar xəstəxanaya aparılıb. “Volkswagen”in sürücüsü və sərnişini də həkimə müraciət ediblər.

Hadisə yerində Dövlət Yol Müfəttişliyinin əməkdaşları və digər təcili yardım xidmətləri çalışır.

QAZİLER.AZ