NATO-ya üzv olan beş ölkə “Renovator” əməliyyatı çərçivəsində Ukraynada beş hərbi reabilitasiya mərkəzini yenidən tikəcək. Bura Rusiya atəşi nəticəsində zərər çəkənlər də daxildir.
Bu barədə RBC-Ukrayna Alyansın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Oktyabrın 7-də Latviya da proqramda iştirak edən Litva, Norveç, İsveç və Böyük Britaniyaya qoşulub.
Bu ölkələrin hər biri beş hərbi reabilitasiya mərkəzindən birinin bərpasına rəhbərlik edəcək. NATO layihənin idarə edilməsini və koordinasiyasını təmin edəcək.
QAZİLER.AZ