Rusiya prezidenti Vladimir Putin Tacikistanda keçirilən sammit yekunlaşdıqdan sonra media nümayəndələrinin suallarını cavablandıracaq.
Qaziler.az bildirir ki, bu barədə oktyabrın 7-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Oktyabrın 8-dən 10-dək Putin prezident Emoməli Rəhmonun dəvəti ilə Tacikistana səfər edəcək. Orada Rusiya lideri MDB Dövlət Başçıları Şurasının iclasında da iştirak edəcək.
"Bəli, media üçün brifinq olacaq. Bütün tədbirlər başa çatdıqdan dərhal sonra... Ya qəbuldan sonra, ya da (MDB liderlərinin şərəfinə) qəbuldan əvvəl", - o bildirib.
Uşakov aydınlaşdırıb ki, Putin oktyabrın 10-da sammitin bütün tədbirləri başa çatdıqdan sonra jurnalistlərlə danışacaq.
QAZİLER.AZ