İjevskdə 4 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası anının videosu yayılıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, hadisə şahidləri bu görüntüləri oktyabrın 7-də internetdə yayımlayıblar.
Kadrlarda avtobusun digər avtomobillərlə birlikdə piyadaları keçmək üçün işıqforun qırmızı işığında saxladığı görünür. Lakin bu zaman avtomobil qəfildən piyadalara doğru "uçub". Maşın yüksək sürətlə ötüb keçərək yolu keçən piyadaları vurub və avtobusa çırpılıb.
QAZİLER.AZ