Ərdoğan Putinlə telefonla danışıb

Ərdoğan Putinlə telefonla danışıb backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Qaziler.az-ın TRT-Haberə istinadən xəbərinə görə, görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin Qəzzada atəşkəsə nail olmaq və bölgəyə humanitar yardım çatdırmaq üçün səy göstərdiyini bildirib.

Prezident Ərdoğan, Ukrayna-Rusiya müharibəsinin ədalətli və davamlı sülhlə sona çatması üçün diplomatik təşəbbüslərin sürət qazanması lazım olduğunu və Türkiyənin sülh üçün səylərini davam etdirəcəyini bildirib.

Görüş zamanı prezident Ərdoğan Rusiya prezidenti Putini də ad günü münasibətilə təbrik edib.

QAZİLER.AZ