Suriyanın xarici işlər naziri Şeybani Türkiyəyə gedir

Suriyanın xarici işlər naziri Şeybani Türkiyəyə gedir backend

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani sabah Türkiyəyə gedir.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın həmkarını qəbul edəcəyi gözlənilir.

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaninin sabah Türkiyəyə işgüzar səfər edəcəyini açıqlayıb.

Şeybaninin Türkiyə xarici işlər naziri Hakan Fidan ilə də ikitərəfli görüş keçirməsi planlaşdırılır.

Görüşdə Suriyadakı hadisələr və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.

QAZİLER.AZ