İranda SEPAH qərargahına silahlı hücum olub, ölənlər və yaralananlar var

İranda SEPAH qərargahına silahlı hücum olub, ölənlər və yaralananlar var backend

İranın Kürdüstan əyalətinin Sərvabad şəhərinin Maanand rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) qərargahına əks-inqilabçı qüvvələr tərəfindən hücum nəticəsində iki qvardiyaçı ölüb, bir neçə hərbçi yaralanıb.

"Report" "donya-e-eqtesad"ə istinadən xəbər verir ki, bu barədə Sepahın əyalətdəki "Beyt əl-Məqdis" korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi bildirib.

"Kürd terrorçuları tərəfindən Sarvaabadda Sepahın bir neçə üzvü ölüb, yaralanıb", - İdarənin yaydığı başsağlığında vurğulanıb.

Yerli mütəxəssislərin bildirdiyinə əsasən, PKK terror qruplaşmasının İraqda məskunlaşan "PJAK", "Komilə", "Kürdüstan Demokrat Partiyası" silahlılarının İranın İraqla sərhəd bölgələrində hərbçilərə, sərhədçilərə, polis əməkdaşlarına belə hücumları tez-tez olur.