Qırğızıstanda zəlzələ nəticəsində 13 bina, o cümlədən 6 yaşayış binası zərər görüb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi “Facebook” səhifəsində məlumat yayıb.
“Qırğızıstanda baş verən zəlzələ nəticəsində altı yaşayış binası, dörd məktəb, bir uşaq bağçası və iki təcili yardım məntəqəsi zədələnib”, - məlumatda deyilir.
Nəşr qeyd edib ki, dağıntılar Cəlal-Abad və Talas rayonlarında qeydə alınıb.
Qeyd edək ki, bu gün ABŞ Geoloji Xidməti (USGS) Qırğızıstanda 5,4 bal gücündə zəlzələnin qeydə alındığını bildirib. Zəlzələnin episentri Cəlal-Abad bölgəsində Çatkal rayonunun Kanış-Kiya kəndindən 45 km şimal-qərbdə yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə baş verib.
QAZİLER.AZ