Gürcüstanda saxta sənəd hazırlayan 3 Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstanda saxta sənəd hazırlayan 3 Türkiyə vətəndaşı saxlanılıb backend

Saxta sənəd hazırlamaqda təqsirləndirilən Türkiyə vətəndaşları Batumidə saxlanılıb.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində Türkiyə Respublikası vətəndaşları saxlanılıb:

• 2000-ci il təvəllüdlü B.K.
• 1997-ci il təvəllüdlü D.K.
• və əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü H.K.

Onlar Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinə əsasən üç ilədək həbs cəzası nəzərdə tutan saxta sənədlərin hazırlanması, saxlanması, yayılması və istifadəsi ilə ittiham olunurlar.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər Batumidəki mənzillərində xüsusi avadanlıqdan istifadə edərək saxta rəsmi sənədlər, o cümlədən sürücülük vəsiqələri, pasportlar və yaşayış icazələri hazırlayıblar.

Polis onların müvəqqəti yaşadıqları ünvana baxış zamanı sübut kimi işə daxil edilmiş saxta sənədlər, fərdi kompüterlər, xüsusi avadanlıqlar və onların hazırlanmasında istifadə olunmuş materiallar götürüb.

QAZİLER.AZ