Türkiyədə qida zəhərlənməsi şübhəsi: Yüzdən çox şagird xəstəxanaya yerləşdirilib

Türkiyədə qida zəhərlənməsi şübhəsi: Yüzdən çox şagird xəstəxanaya yerləşdirilib backend

Türkiyənin Siirt bölgəsində yataqxanada qalan 119 tələbə qida zəhərlənməsi şübhəsi ilə üç gün ərzində xəstəxanaya yerləşdirilib. Tələbələr müalicə olunduqdan sonra evə buraxılıblar.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat yayıb.

Gənclik və İdman Vilayət Müdirliyi Siirt Hassa Hatun Qız Yurdunda yemək yeyən 1195 şagirddən 39-nun, 4 Oktyabrda 1208 şagirddən 56-nın, 5 Oktyabrda isə 1270 şagirddən 24-nün Siirt Təhsil və Araşdırma Xəstəxanasına müraciət etdiyini açıqladı.

Məlumatda qeyd olunub:

"Müayinə və müalicədən sonra tələbələrimiz evə buraxılıb, ümumi sağlamlıqları yaxşılaşıb. Hadisə ilə əlaqədar olaraq qida nümunələri analiz üçün Vilayət Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdirliyinə, su nümunələri isə Xalq Sağlamlığı Müdirliyinə təqdim edilib. Təhlil nəticələri sonra ictimaiyyətlə paylaşılacaq".

QAZİLER.AZ