Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində yaşayış məntəqəsini ələ keçirib

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində yaşayış məntəqəsini ələ keçirib backend

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Otradnoye yaşayış məntəqəsini tutub.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Şimal” qüvvələr qrupunun bölmələri tərəfindən keçirilən döyüş əməliyyatları zamanı yaşayış məntəqəsi ələ keçirilib. Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş və motoatıcı briqadalarının və Volçansk, Çuqunovka və Ambarnoe yaşayış məntəqələrindəki ərazi müdafiə briqadalarının bölmələri də Xarkov istiqamətində "darmadağın edilib".

Nazirlik iddia edir ki, Ukrayna 160-dan çox hərbçi, bir zirehli döyüş maşını, beş maşın və iki artilleriya qurğusunu itirib.

"Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin elektron döyüş məntəqəsi, iki sursat anbarı və beş təchizat anbarı məhv edilib", -məlumatda deyilir.

QAZİLER.AZ