Hakim "Gürcü arzusu" Partiyası keçirilən yerli seçkilərdə birinci turda qalib gəlib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, partiyanın rəsmi "Facebook" səhifəsində yayılan açıqlamada qeyd olunur:
"Gürcü Arzusu bütün bələdiyyələrdə ilk turda seçkilərdə qalib gəldi. Dörddə başladıq, dörddə bitirdik."
Partiya rəhbərliyi seçkilərin nəticəsini xalqın hakim partiyaya olan etimadının göstəricisi kimi qiymətləndirib və Gürcüstanın sabitlik və inkişaf yolunda irəliləməyə davam edəcəyini bildirib.
Qeyd edək ki, bu gün Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə bütün bölgələrdə sakit şəraitdə baş tutub və seçici fəallığı yüksək olub.