Türkiyədə iki körpü TDT bayrağının rəngi ilə işıqlandırılıb

Türkiyədə iki körpü TDT bayrağının rəngi ilə işıqlandırılıb backend

Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə Bosfor boğazında yerləşən 15 İyul Şəhidlər və Fatih Sultan Mehmet körpüsü Türk Dünyasının birliyini simvolizə edən Türk Dövlətləri Təşkilatının bayrağının rəngi ilə - firuzəyi rənglə işıqlandırılıb.

Bu barədə Türk Dövləltəri Təşkilatının "X" hesabında paylaşım edilib.

Qeyd edək ki, 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.