Rusiya Kənd Təsərrüfatı Nazirliyi rəsmi hüquqi informasiya saytında yerləşdirilən əmrə əsasən, Xəzər dənizində və bir sıra ona bitişik su hövzələrində sənaye və rekreasiya məqsədilə balıq ovu ilə bağlı qadağanın müddətini uzadıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, məhdudiyyətlər 31 dekabr 2026-cı il tarixinədək qüvvədə qalacaq.
Sənəddə qeyd olunur ki, Xəzər dənizində, Kalmıkiya Respublikasının su hövzələrində, Həştərxan vilayəti daxilində Volqa çayı və onun su axarlarında 2026-cı il dekabrın 31-dək sənaye və rekreasiya məqsədilə balıq ovu qadağan ediləcək.
QAZİLER.AZ



