İtaliyalı jurnalisti Gürcüstana buraxmadılar

İtaliyalı jurnalisti Gürcüstana buraxmadılar backend

İtaliyalı jurnalist Gürcüstana buraxılmayıb, o, Gürcüstana Ermənistandan daxil olub.

Qaziler.az "qruziya-onlayn"a istinadən bildirir ki, bu barədə Jakomo Ferrara sosial şəbəkədə məlumat verib. Sərhəddə ona 5000 lari (1800 dollardan bir qədər çox) cərimə ödəməli olacağı, əks halda Gürcüstana buraxılmayacağı bildirilib.

"Paper Kartuli" qeyd edir ki, bu məlumat onun üçün gözlənilməz olub olub. Ferrara iddia edir ki, o, martın 31-də Tbilisidə keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə cərimələnib.

Onun sözlərinə görə, aksiyada iştirak etməyib.

İtalyan cəriməni ödəməkdən imtina edib və pasportunu geri tələb edib, 2 saatdan sonra pasport qaytarılıb. Jurnalist hadisə ilə bağlı İtaliyanın Gürcüstandakı səfirliyinə və Beynəlxalq Jurnalistlər Federasiyasına məlumat verib.

QAZİLER.AZ