Sandu Makrondan qızıl qələm hədiyyə aldığını etiraf edib

Sandu Makrondan qızıl qələm hədiyyə aldığını etiraf edib backend

Sandu Makrondan qızılla örtülmüş diyircəkli qələm hədiyyə alıb.

Moldova Prezidenti Maya Sandu Fransa prezidenti Emmanuel Makrondan təxminən 600 dollar dəyərində qızılla örtülmüş diyircəkli qələm hədiyyə edib.

Qaziler.az bildirir ki, Newsmaker.md-in məlumatına görə, onun administrasiyası Moldova dövlət başçısına hədiyyələrin siyahısını dərc edib.

"Ən bahalı hədiyyə 9 950 Moldova leyi dəyərində qızılla örtülmüş diyircəkli qələm olub. Fransa prezidenti Emmanuel Makron bu hədiyyəni Sanduya Müstəqillik Günü münasibətilə Kişinyova səfəri zamanı təqdim edib", - nəşr yazır.

2025-ci ilin iyul-sentyabr aylarında Maya Sandu cəmi 3400 dollardan çox olan 24 hədiyyə alıb.

QAZİLER.AZ