Hücum dronları Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Orsknefteorqsintez" Neft Emalı Zavoduna hücum edib. Hədəfin Ukrayna sərhədindən 1400 km aralıda olduğu bildirilir.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Orsk şəhərinə təyyarə tipli dronları tərəfindən hücum edildiyi bildirilir. İlkin təxmini məlumatlara görə, azı iki pilotsuz uçuş aparatı şəhər hüdudlarına düşüb. Həyəcan siqnalı eşidilib.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə tüstü qalxdığını və partlayışlar eşidildiyi görünür. Xəbər verilir ki, neft emalı zavodunda təxliyə başlayıb.
Zavodun ildə təqribən 6,6 milyon ton neft emalı üzrə layihə gücünə malik olduğu bildirilir. Benzin, dizel yanacağı, aviasiya kerosini, mazut, bitum və müxtəlif növ neft istehsal edir.
QAZİLER.AZ