Rusiyada binada yanğın baş verib

Rusiyada binada yanğın baş verib backend

Rusiyanın Omsk vilayətində ritual əşyalar istehsal edən binada güclü yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə oktyabrın 3-də Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"14 nəfər özləri təxliyə olub. Heç kim xəsarət almayıb", - nazirlik öz Telegram kanalında bildirib.

Birmərtəbəli binada söndürülən yanğın 2800 kvadratmetr ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, hadisə yerində 47 canlı qüvvə və 15 texnika işləyir.

QAZİLER.AZ