Gürcüstanda keçmiş əri tərəfindən xüsusi amansızlıqla qətlə yetirməyə cəhd edilən qadın öldü

Gürcüstanda keçmiş əri tərəfindən xüsusi amansızlıqla qətlə yetirməyə cəhd edilən qadın öldü backend

Faciə sentyabrın 25-də Gürcüstanın Kaspi rayonunda baş verib.

Qaziler.az Zurab Burduli keçmiş həyat yoldaşı, 34 yaşlı Tatia Lominadzeyə hücum edərək, onun üzərinə benzin və kislota töküb, ağır xəsarətlər yetirib.

Kişi günahını boynuna alıb. O, Gürcüstan Cinayət Məcəlləsinə əsasən, ailə üzvünə qarşı qadın və kişi bərabərliyinə dözümsüzlük, xüsusi qəddarlıqla əsaslandırılaraq, ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhddə ittiham olunub. Bu, 20 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Qadının ölümündən sonra Zurab Burdulinin ittihamları artırılacaq.

QAZİLER.AZ