Putin Ukraynaya qarşı müharibəni “rusiyalılar üçün ağrı” adlandırıb

Putin Ukraynaya qarşı müharibəni “rusiyalılar üçün ağrı” adlandırıb backend

Rusiya diktatoru Vladimir Putin hesab edir ki, onun Ukraynaya qarşı müharibəsi “rusiyalılar üçün ağrıya” çevrilib.

Qaziler.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Kreml rəhbəri Valday forumunda çıxışı zamanı bildirib.

“Bu, “Ukrayna faciəsi”nin dəhşətli nümunəsidir. Bu, ukraynalılar və rusiyalılar üçün, bizim hamımız üçün ağrıdır”, - diktator bəyan edib.

Onun fikrincə, “Ukrayna münaqişəsi”nin səbəbləri guya hamıya məlumdur, ona görə də onların adını çəkməyib.

QAZİLER.AZ