Rusiya MN Dnepropetrovskda yaşayış məntəqəsinin ələ keçirilməsinin görüntülərini yayıb - VİDEO

Rusiya MN Dnepropetrovskda yaşayış məntəqəsinin ələ keçirilməsinin görüntülərini yayıb - VİDEO backend

Oktyabrın 1-də Rusiya Müdafiə Nazirliyi “Vostok” hərbi qrupunun hərbçiləri tərəfindən Dnepropetrovsk vilayətinin Verbove yaşayış məntəqəsinə nəzarətin ələ keçirilməsinin görüntülərini yayıb.

Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat yayıb.

"Aktiv əməliyyatlar zamanı "Vostok" Qüvvələr Qrupunun 36-cı Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun hücum bölmələri Dnepropetrovsk vilayətinin Verbove yaşayış məntəqəsini "azad edib". Düşmən inadla müqavimət göstərib, lakin PUA operatorları və artilleriya ekipajlarının koordinasiyalı işi sayəsində  36-cı aviasiya bölməsi yaşayış məntəqəsini tutub", - məlumatda deyilir.

Qeyd olunur ki, yaşayış məntəqəsi uğrunda gedən döyüşlər nəticəsində 10 kvadrat kilometrdən artıq ərazi Rusiyanın nəzarətinə keçib.

QAZİLER.AZ