Türkiyənin Mardin bölgəsinin Yeşilli rayonundakı internat məktəbinin şagirdləri səhər yeməyi yedikdən qısa müddət sonra özlərini pis hiss ediblər. Qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya çatdırılan 60 şagird müalicə olunduqdan sonra evə buraxılıb.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Yeşilli Regional internat orta məktəbinin şagirdləri səhər yeməyindən sonra halları pisləşib.
Məlumatdan sonra məktəbə təcili tibbi yardım briqadaları göndərilib.
60 şagird ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanalara aparılıb. Onlar müalicə olunduqdan sonra evə buraxılıblar.
Şagirdlərin səhhətinin yaxşı olduğu bildirilir.
QAZİLER.AZ